Azadlığı "YouTube"-da tapdı

Uzun zamandır kinolara çəkilməyən türk aktrisa Merve Boluğur "YouTuber" olmaq fikrinə düşüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keçən ay "Youtube"də şəxsi kanal açan aktrisa paylaşdığı videolarla gündəmdə qalmağı bacarıb.

O bildirib ki, "YouTube" hesabını iş üçün deyil əyləncə üçün istifadə edir.

Türk aktrisa “azadlığıma çox vurğunam hər zaman özümü rahat hiss etdiyim yerlərdə oluram” deyə qeyd edib.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə