Türkiyəli məşhur aktrisa Didem Kınalı, keçən gün yaşadığı Cihangirdə kameralara tuş gəlib. Kirayə haqqını və işıq pulunu ödəyə bilmədiyini deyən Didem Kınalı cipini 485 min TL-yə satışa qoyduğunu vurğulayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir reportajda kirayə haqqını və elektrik xərclərini ödəyə bilmədiyini, hökumətə kömək üçün elektron müraciət etdiyini şərh edən Didem Kınalı, hələ işləyə bilməyəcəyini və bu səbəblə cipini satışa qoyduğunu qeyd edib.
Didem Kınalı cipini maddi çətinlik yaşadığı üçün satmaq istədiyini və onu bir avtomobil satış mərkəzinə təhvil verdiyini deyib. Məşhur Didem Kınalı 2012-ci il model Land Rover cipinin 485 min TL-yə satışa çıxarıldığı qeyd edib.
“Covid-19” epidemiyası səbəbi ilə işsiz olduğu üçün maşınını satacaq xəbərləri ilə gündəmdə olan Didem Kınalı fikirlərini belə ifadə edib: "Bəli, biraz səbr edə bilərəm amma daha səbr kasam daşıb. Anama, qardaşlarıma və özümə baxıram, buna görə də işləməliyəm".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB