Miro (Məhəmməd İsgəndərov Rafiq oğlu) adı ilə tanın məşhur azərbaycanlı repçi şəxsi "instaqram" hesabından paylaşımı ilə pərəstişkarlarını məyus edib. SİA-nın verdiyi məlumata görə, repçi Covid-19 testinin pozitiv çıxdığı xəbərini "instaqram"da hekayə bölməsində paylaşıb. O, eləcə də albomunun da sağlıq problemlərinə görə gecikəcəyini bildirib.
Xatırladaq ki, Miro gənclər tərəfindən çox dinlənən "Qaça-qaça", "Gəl çıx", "Təcili yardım" kimi rep və mahnıların müəllifidir. İfa etdiyi mahnıların sözləri və musiqisi özünə aiddir.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB