"Avroviziya" iştirakçımız və sevilən gənc ifaçı Eldar Qasımov 1 iyun Beynəlxalq Uşaqlar günü üçün balaca həmkarı ilə duet oxuyub. SİA-nın verdiyi məlumata görə, ifaçı gənc həmkarı Ömər Bəbirli ilə mahnıya klip də çəkdirib. "Sehirli dünya" adlanan mahnının klipi 1 iyun tarixində bütün kanallarda nümayiş olunacaq.
Qeyd edək ki, mahnının sözləri Nurlana Cəfərovaya məxsusdur.
Xatırladaq ki, 31 yaşlı gənc müğənni Eldar Qasımov 2011-ci ildə Nigar Camal ilə birlikdə Azərbaycanı təmsil etmiş və birincilik qazanmışdı.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB