Eda Ecedən maraqlı - PAYLAŞIM

Məşhur aktrisa Eda Ece Euroleague çempionu Anadolu Efes və basketbolçu Buğrahan Tuncəri təbrik edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, basketbolçu sevgilisi Buğrahan Tuncer ilə bir küskün bir barışıq eşq yaşayan Eda Ece, Anadolu Efesin Euroleague-da çempion olmasından sonra foto paylaşıb.

Anadolu Efesdə oynayan sevgilisi ilə fotosunu paylaşan Eda Ecə fikirlərini belə ifadə edib: "Euroleague çempionu Anadolu Efes! Təbrik edirəm! Qürurluyam" .

Eda Ecenin bu yazısı minlərlə bəyənmə toplayıb. Məşhur aktrisa qısa müddət sonra paylaşımını silib.

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə