Qardaş ölkənin sevilən aktyoru İlker Aksum dəhşətli avtomobil qəzası keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Aksum Adanaya gedən yolda idarəetməni itirib və ağaca çırpılıb. Avtomobil bu zərbəylə bir neçə dəfə tərs çevrilib. Aktyor bu dəhşətli qəzadan sağ qurtulub və yaxınlıqdakı insanlar tərəfindən avtomobildən xilas edilib.
Onun kəməri sıxışıb və o avtomobildən çıxa bilməyib. Vətəndaşlar onun kəmərini kəsərək onu avtomobildən çıxarıblar.
Qeyd edək ki, xəstəxanaya yerləşdirilən aktyorun vəziyyəti yaxşıdır və o artıq evə buraxılıb.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB