Beyazit Öztürkün azəri sevgilisi kimdir?

Beyazit Öztürkün azəri sevgilisi kimdir?

52 yaşlı məşhur şoumen Beyazit Öztürkün özündən 28 yaş kiçik azəri bir gözələ aşiq olduğu deyilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, azəri gözəlin adı Lavin Aydır. Bu münasibətlərin gündəmə gəlməsinin səbəbi isə Lavinin "instaqram" səhifəsində gözlənilmədən etdiyi video paylaşımdır. Belə ki, bu paylaşımda onun olduğu evin Beyazit Öztürkün evi olduğu açıq-aşkar görünür və beləcə cütlüklər gözlənilmədən öz sirrlərini hər kəsə açıblar.

Xatırladaq ki, 24 yaşlı azəri gözəl Lavin Ay artıq bir neçə ildir Türkiyədə yaşayır və orada moda sahəsində fəaliyyət göstərir.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə