Sevilən sənətçimiz Zöhrə Abdullayevanın ölümü xalqımızı və sənət dostlarını çox məyus edib. SİA-nın verdiyi məlumata görə, aparıcı Zaur Baxşəliyev şəxsi "instaqram" hesabından bu barədə paylaşım edib. O, "mən sizi Şuşada görmək istəyirdim, torpaq altında yox. Kaş əlil arabasında da olsa, aparardılar oralara. Heç olmasa doyunca havasını alardınız. Allah rəhmət etsin" mesajını paylaşaraq üzüntüsünü bildirib.
Xatırladaq ki, sevilən müğənni və əməkdar artist Zöhrə Abdullayeva dünən səhər saatlarında 68 yaşında vəfat edib.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB