Tanınmış sima əməliyyat olunub

Türkiyəli məşhur model və aparıcı Özge Ulusoy estetik əməliyyat keçirdib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, üzündə dəyişimlə bağlı tez-tez estetik əməliyyat masasına uzanan məşhur model və aparıcı burun əməliyyatı keçirdiyini bildirib.

"İnstaqram" hesabında əməliyyatdan sonra şəklini paylaşan 38 yaşlı model bunları qeyd edib: "5 ay öncə burun ucu dəyişimlə bağlı əməliyyat oldum və bir çoxunuz inanmasa da ilk əməliyyatım idi. Həkimimin işindən çox razı qaldım".

Ulusoy qeyd edib ki, "İnstaqram" profilimdə keçirdiyim əməliyyatları hər zaman paylaşmışam: “İnsanların fikirləri estetik əməliyyatlara necə baxmağından asılıdır. Ən hər zaman bildirmişəm ki, botoks, dolğu etdirirəm və bunu gizlətmirəm. Baxımlı olmaq xoşuma gəlir bu hər kəsin istəyidir və bunu etdirməyənlərə də hörmət edirəm".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə