"Toyun olmamağı əlbəttə ki, pis təsir edir. İstər maddi, istər psixoloji". Bu sözləri SİA-ya açıqlamasında sevilən müğənni, radio Dj Elgün Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycanda pandemiya səbəbindən toyun olmamasını məntiqsiz sayılır: “Digər ölkələrdə, hətta əhali sayı bizdən də çox olan ölkələrdə toylar müəyyən qaydalara riayət etmək şərti ilə keçirilir. Azərbaycanda da belə ola bilərdi. Çünki bizim ölkədə toydan qazanan çox insan var. Bir çoxları bu səbəbdən işsiz qalıb. Təkcə musiqiçilər və müğənnilər yox, həm də geyim (gəlinlik, kostyum) satanlar, gözəllik salonları, meyvə, tərəvəz, gül satanlar və bir çoxları bu səbəbdən işsiz qalıblar. Azərbaycanda demək olar ki, əhalinin 80 faizi toydan qazanır".
Sevilən müğənni eləcə də açıqlamasında gənclər arasında yaranan problemlərdən də, danışdı: “Əlbəttə toyların açıq havada da olsa təşkil olunması sevindirici hal olardı. Çünki bu səbəbdən uzun müddətdir nişanlı olan, aralarında problem yaranan, münasibətləri pozulan gənclər də var. Təki sağlıq olsun. Dövlətin qaydalarına riayət etmişik və edəcəyik. Hətta toylar açıq havada da olsa, arzum odur ki, insanlar məsuliyyətli davransın. Qaydalara riayət edərək özlərini, ailələrini və övladlarını düşünsünlər".
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB