Məşhur model peyvənddən sonra vəfat edib

Məşhur model peyvənddən sonra vəfat edib

Məşhur ingilis model Stephanie Dubois peyvənd olunduqdan sonra vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, model “Astra Zeneka” peyvəndi olunandan sonra "özümü çox pis hiss edirəm" mesajını paylaşıb və həyatını itirib. Hal-hazırda bütün İngiltərə 39 yaşlı ingilis modeldən və bu hadisədən danışır.

Xatırladaq ki, model 6 may tarixində ilk dəfə peyvənd olub və "mən özümü çox pis hiss edirəm. İndi pizza və yataq zamanıdır" mesajını paylaşıb.

Qeyd edək ki, o, peyvənd olunandan sonra nəfəs alması çətinləşib və damar yollarında qan laxtalanması başlayıb. Xəstəxanaya qaldırılandan 5 gün sonra isə vəziyyəti pisləşib və 19 may tarixində komaya düşüb. Daha sonra isə həyatını itirib. Hal-hazırda Duboisin şuphəli ölümü "Avropa Dərman Agentliyi" tərəfindən araşdırılır.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə