"Toylar üçün darıxmışam" - MÜĞƏNNİDƏN AÇIQLAMA

"Toylar üçün darıxmışam" - MÜĞƏNNİDƏN AÇIQLAMA

"Ümid edirəm ki, toylar başlayar, bu sevindirici haldır". Bu sözləri SİA-ya açıqlamasında sevilən müğənni Elton Hüseynəliyev deyib.

Onun sözlərinə görə, sənət adamı üçün toy bir səhnə, canlı ifa, xoş əhval-ruhiyyə deməkdir: "Toy subaylar üçün yeni həyata, gələcəyə bir addımdır. Sözün əsl mənasında toylar üçün darıxmışam".

Sevilən sənətçi həmçinin qeyd etdi ki, pandemiya dövründə sənətimlə məşğul oldum: "Yeni mahnılar təqdim etdim. "Şuşam", "Onun adı dünyadır", son mahnım isə, "Sevən qəlbin həzin səsi" kimi yeni mahnılar təqdim etdim. Yeni mahnım iki gündür radio dalğalarındadır. Gələn həftə həm də konsertim olacaq. Bir də ki, son mahnıma klipim də hazırlanır. Pandemiya zamanı yeni işlər gördük. Allaha çox şükür! Canımız sağ və salamatdır".

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə