Sevilən aktyorumuz koronavirusa yoluxub - FOTO

Sevilən aktyorumuz koronavirusa yoluxub - FOTO

Azərbaycanın xalq artisti, sevilən aktyor Ramiz Əzizbəyli koronavirusa yoluxub. SİA-nın verdiyi məlumata görə, aktyorun vəziyyəti indi yaxşıdır. Güclü soyuqdəyməsi olduğu üçün xəstəxanaya yerləşdirilən aktyorun reanimasiyada yox, palatada müalicə aldığı söylənilir.

Qeyd edək ki, sevilən aktyor artıq 5-6 gündür ki, xəstəxanada müalicə alır.

Xatırladaq ki, sevilən aktyor, rejissor və ssenarist Ramiz Əzizbəyli 2008-ci ildə xalq artisti adını alıb.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə