"Nəyi gözləyirlər? Ölüm ayağında olanda gələcəklər?" - ƏMƏKDAR ARTİST ƏSƏBLƏŞDİ
Azərbaycan Dövlət Akademik Musiqili teatrın aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti Ələkbər Əliyev SİA-ya açıqlamasında keçirdiyi ağır xəstəlikdən və işsizlikdən danışıb.
Onun narazılığı vaxtında gəlməyən təcili yardımadır: "Temperatur olmayanda təcili yardım çağırsaq da gəlmirlər. Mən də məcbur oldum ki, özəl xəstəxanada müalicə olum. Ciyərimin bir tərəfində 30-35, o bir tərəfində isə 5-10 faiz buzlaşma var idi. Həkimim Mətanət xanımın sayəsində sağaldım. Amma indi də hiss edirəm ki, bəzi əlamətlər qalıb. Hətta öyrəndim ki, məni heç portala da salmayıblar. Yəqin ki, mənim kimi xəstələr çoxdur. Təcili yardımın borcudur ki, xəstənin həkimə ehtiyacı olanda gəlsin. Nəyi gözləyirlər? Ölüm ayağında olanda gələcəklər? Ya da artıq heç bir çarə yoxdur deyəcəklər? Allah əzizimiz Arif Quliyevə rəhmət etsin. O, çox ağır vəziyyətdə getmişdi. Artıq heç bir həkim köməklik edə bilmədi".
Əməkdar artist həmçinin qeyd edib ki, işsizliyə gələndə isə teatr yoxdur: ""Zoom"la məşqlər gedir. Teatrlar açılanda isə inşallah premyera ilə çıxış edəcəyik. Mən Azərbaycan Dövlət Akademik Musiqili teatrda işləyirəm. Teatrın rəhbəri Əliqismət Lalayev mənə və teatrda olan bütün aktyorlara köməklik göstərib. Dövlətimiz bizə həmişə dəstəkdir. Maaşlarımızı vaxtında alırıq və mən pandemiya dövründə ehtiyac səbəbindən nəyisə satmağa məcbur qalmamışam. Mənim maşınım yoxdur ki, maşınımı satım. Evim var, orda da yaşayırıq. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Ehtiyacdan evini, maşınını satanları da anlayıram. Toylar yoxdu, işləmirlər. Nəyisə satmağa ya da özlərinə rəva bilmədiyi işlərdə çalışmağa məcburdular".
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB