"Çalıkuşu" filmində Fəridə obrazı ilə yadda qalan və sevilən türkiyəli aktrisa Ayden Şener son paylaşımı ilə illərə meydan oxuyub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aktrisa öz fotosunu şəxsi "instagram" hesabından paylaşaraq sevənlərini şoka salıb. Onun paylaşdığı bu foto çoxlu müzakirələrə səbəb olub. Məlum olub ki, Aydan Şenerin 58 yaşı olsa da hələ də çox gözəldir və gəncdir.
Qeyd edək ki, aktrisanın rol aldığı serial öz zamanının ən çox izlənən və sevilən serialı olmaqla yanaşı bir çox türk dövlətlərində və Rusiyada da böyük maraqla izlənib. Bəstəsi məşhur türk bəstəkarı Esin Enginə aid olan musiqiləri də, serialın özü qədər hələ də çox sevilir.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB