Aktrisa ağır depressiyaya düşüb - VERLİŞDƏ DANIŞDI

Aktrisa ağır depressiyaya düşüb - VERLİŞDƏ DANIŞDI

Əməkdar artist Münəvvər Əliyevanın teatrsızlıqdan depressiyaya düşdüyü deyilir. SİA-nın verdiyi məlumata görə, aktrisa bu barədə Azad Azərbaycan kanalında "Bizimləsən" verilişində danışıb: "Pandemiyada bir şeyi dərk etdim ki, mən teatrsız dözə bilmirəm. Heç olmasa səhnə var idi, gedib ağrımızı, acımızı, xoşbəxtliyimizi yaşayırdıq. Hansısa bir obrazı yaradırdıq və onunla yaşayırdıq. Dərk etdim ki, həyatda öz obrazımı yaratmaq nə qədər çətin imiş"

Aktrisa həmçinin teatrsızlıqdan depressiyaya düşdüyünü də deyib: "Yaşadığım həyat maraqsızdır: ev, ailə və xəstəliklə mübarizə. Maraqlı ola bilər? Mənim həyatım hər qadının həyatı kimi sadədir. Bu sadə həyatı oynamaq çox çətin imiş. Obraz xoşbəxt olurdusa, mən də xoşbəxt olurdum".

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə