"Avroviziya"dakı narkotik şübhəsi

"Avroviziya"dakı narkotik şübhəsi

65-ci "Avroviziya" mahnı müsabiqəsi, İtaliyanı təmsil edən qrupun aparıcı müğənnisinin narkotik istifadə etdiyi iddiaları ilə əlamətdar olub. Solist tənqidlərin hədəfində tuş gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, şübhəli görüntülər final gecəsi diqqət çəkib beləliklə o, narkotik maddə istifadəsində günahlandırılıb.

İtaliyanı təmsil edən qrupun aparıcı müğənnisi, 65-ci "Avroviziya" mahnı müsabiqəsinin qalibi, narkotik testindən keçəcəyini söyləyib. Yarışmanın keçirildiyi Hollandiyanın Rotterdam şəhərindən ölkələrinin paytaxtı Romaya qayıdan qrup hava limanında da danışıb, özlərini təmizə çıxarmağa çalışıblar.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə