Gizli Toy - SON DƏQİQƏ

Bir neçə gündür sosial şəbəkədə yayılan və söz-söhbətə səbəb olan iki məşhurun toy fotosunun sirri açılıb. SİA-nın verdiyi məlumata görə, foto klip çəkilişi zamanı çəkilib və sosial şəbəkələrdə yayılaraq böyük hay-küyə səbəb olub. Bir neçə dəqiqə əvvəl isə klipin tam variantı işıq üzü görüb. Klipdə Sevil və Sevinc bacıları, Dj Roşka və Ramil Nabran çox fərqli ampulada görünür. Klipin tam variantı təqdim olunduqdan sonra Dj Roşkanın və Sevanın gizli evləndiyi xəbərinin də bir yalan olduğu ortaya çıxıb.

Qeyd edək ki, bu məşhur üçlünün ifa etdiyi yeni duet mahnının adı "Bütün kişilər eynidir" adlanır.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə