Aparıcı Hüsniyyə Məhərəmova son zamanlar adının hallandığı qalmaqallarla bağlı məsələyə aydınlıq gətirib. SİA-nın verdiyi məlumata görə o, şəxsi "instagram" səhifəsində əslində Samirə Əfəndi ilə heç bir problemi olmadığını açıqlayıb. "Mən bu yarışmada ilk gündən ölkəmi dəstəkləmişəm. Bu il də istisna olmadı. Azərbaycana da Samirəyə də ürəkdən dəstək idim. Samirə çox istedadlı ifaçıdır. Lakin mənim iki üzüm yoxdur ki, biri ilə bəyənmədiyim halda o biri ilə tərifləyim. Şəxsən mən bu ilki mahnını da, nömrəni də nə ölkəmə, nə də Samirəyə yaraşdırmadım" deyib. Aparıcı həmçinin qeyd edib ki, ölkəmiz üçün belə bir əhəmiyyətli ildə, Avropanın ən böyük platformasında Azərbaycan daha layiqli təmsil oluna bilərdi.
Qeyd edək ki, Hüsniyyə bu il "Avroviziya 2021" beynəlxalq mahnı müsabiqəsinin şərhçisi idi.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB