Aktrisa yüksək vəzifəyə təyinatı ilə bağlı - TƏƏSSÜRATLARINI BİLDİRDİ
Aktrisa Həmidə Ömərovanın vəzifəyə təyin olunması xəbəri böyük səs-küyə səbəb olub. Sevilən aktrisa SİA-ya verdiyi açıqlamada məsələyə aydınlıq gətirib: "Mən bu məsələyə aydınlıq gətirmək istəyirəm. Çox istərdim ki, bu xəbəri hamıya çatdırasınız. Mən Kinematoqrafçılar İttifaqının 6 katibindən biri seçilmişəm. Yəni mən ittifaqın katiblərindən sadəcə olaraq biriyəm. Mən Peşəkar Kino aktyorlar Gildiyasının sədri olduğum üçün əsas vəzifəm aktyor problemi məsələsini gündəmə gətirmək və bu problemi Kinematoqrafçılar ittifaqı səviyyəsində və onların dəstəyi ilə həll etməkdir".
Xatırladaq ki, aktrisa bir məsələyə də aydınlıq gətirdi və açıqlamasında dedi ki: "Mən bir məsələni də vurğulamaq istəyirəm ki, bu ictimai, yəni könüllü vəzifədir. Əlbəttə ki, mən aktyorlarımızın işlə təmin olunmasında və onların vəziyyətinin yaxşılaşmasında əlimdən gələni edəcəm".
Qeyd edək ki, Həmidə Omərova "Qızıl uçurum", "Babamın babasının babası", "Yol əhvalatı", "Nizami" və başqa sevilən bədii filmlərdə və seriallarda rol alıb. Hal-hazırda isə o, ölkənin ən reytinqli serialı "Ata ocağı"nda zəhmətkeş ana obrazını canlandırır.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB