Sevilən meyxana ifaçısı və müğənni Namiq Qaraçuxurlunun ölkəni tərk etməsi barədə şaiyələr yayılıb. SİA-nın verdiyi məlumata görə, meyxanaçı Namiq hal-hazırda ölkədə deyil. Namiq Qaraçuxurlunun verdiyi açıqlamaya görə, o, indi Türkiyədədir. O, "Hal-hazırda İstanbuldayam. Burada yerli şirkətlə müqavilə bağlayıb onlarla çalışacam. İnşallah iki günə klip çəkilişimiz başlayır" deyib.
Qeyd edək ki, Namiq Qaraçuxurlunun ölkədən təməlli getməsi barədə də, şaiyələr yayılıb. Sevilən meyxana ifaçısı və müğənni Namiq Qaraçuxurlu buna da aydınlıq gətirib. O, "Ölkədən tam getməyim doğru deyil. Mən həm orada, həm də burada çalışacam" deyib.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB