Körpəyə 1 milyon təklif olundu - MARAQLI FAKT

Sinem Kobal və Kənan İmirzalıoğlu bu yaxınlarda verdiyi müsahibədə maraqlı bir faktın üstünü açıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə məşhur cütlüyün 8 aylıq qızları Lalinə indidən reklam təklifləri gəlməyə başlayıb.

Qeyd edək ki, bu yaxınlarda Sinem Kobala qızı ilə birlikdə reklamlarda oynaması üçün 1milyon lira təklif edilib. Amma Kenan İmirzalıoğlu və Sinem Kobal təklifi geri çevirib.

Xatırladaq ki, Sinen Kobal açıqlamasında "Qızım daha çox balacadır. Bu işlər üçün hələ tezdir. Nə vaxtsa hansısa layihədə mütləq birlikdə olacayıq" deyib.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə