İtaliya təmsilçisi canlı yayımda narkotik istifadə edib - EKSKLUZİV FOTOLAR

İtaliya təmsilçisi canlı yayımda narkotik istifadə edib - EKSKLUZİV FOTOLAR

Dünən gecə saatlarında Niderland Krallığının Rotterdam şəhərində "Avroviziya 2021" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb. SİA-nın verdiyi məlumata görə, yarışın qalibi İtaliya təmsilçisi "Maneskin" qrupu "Zitti E Buoni" mahnısı ilə birinci olub. O, səsvermə zamanı 524 xal toplayıb.

Qalibiyyətdən sonra keçirilən mətbuat konfransında qrup üzvləri sualları cavablandırıb. Konfransda irəli sürülən iddia hər kəsi şoka salıb. Belə ki, mətbuat işçilərindən birinin: "Kadrlardan göründüyünə və diqqətli "Avroviziya" izləyicilərinin dediyinə görə, canlı yayım vaxtı narkotik vasitə istifadə etmisiniz. Bu doğrudurmu?" kimi iddialı sualına qrup üzvləri açıq cavab verməsələr də, bu vəziyyəti inkar etməyiblər.

Qeyd edək ki, "Avroviziya 2021" beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə isə üçüncü olub. Azərbaycanlı ifaçı Samirə Əfəndi isə, yarışı 20-ci sırada başa vurub.

Xatırladaq ki, yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə