Samirəyə böyük dəstək

Ölkəmizi "Avroviziya" mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndiyə ölkəmizdən və dünya azərbaycanlılarının böyük dəstək var. SİA-nın verdiyi məlumata əsasən hal-hazırda İctimai Televiziyada onun sənət dostları dünya azərbaycanlılarından Samirə üçün dəstək istəyir. Onlar "Samirə, birinciliyi Azərbaycana gətir! Dünya Azərbaycanlıları, Samirəyə səs verin!" deyib hamını səsvermədə aktiv olmağa çağırırlar.

Qeyd edək ki, bu il yarışmada 39 ölkə çıxış edib. Azərbaycan təmsilçimiz möhtəşəm ifası və səhnə performansı ilə favoritlər arasındadır.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə