"Avroviziya" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Samirə Əfəndi şəxsi “instagram” hesabından paylaşım edib. SİA-nın verdiyi məlumata əsasən o, "Çox həyəcanlıyam. Hər kəsə dəstəyinə görə təşəkkür edirəm. Sizi çox sevirəm" deyib.
Xatırladaq ki, ifaçımız ölkəni "Mata Hari" mahnısı ilə təmsil edib. Mahnı tarixdə iz salmış Mata Hari adlı gözəl rəqqasə və güclü cəsus olmuş xanimdan bəhs edir. İnanırıq ki, Samirə də öz gücünü səhnədə layiqincə göstərə bildi və uğurlu pillələrdə olacaq. SİA Samirəyə səsvermədə uğurlar arzulayır.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB