Rusiya təmsilçisi Manija Tacikistandan niyə qaçdı?

Rusiya təmsilçisi Manija Tacikistandan niyə qaçdı?

Müğənni Manija 1991-ci ildə Tacikistanda doğulub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən o, karyerasına 2003-cü ildə başlayıb. Onun ailəsi 1994-cü ildə Tacikistandakı savaş səbəbi ilə ölkədən qaçmalı olub və Moskvada yaşamağa başlayıblar.

Xatırladaq ki, 29 yaşlı tacik müğənni həmçinin musiqi fəaliyyəti ilə yanaşı, BMT-nin təklifi ilə qaçqınların problemi ilə də məşğul olur. O, qadınların hüquqları uğrunda fəal mübarizə aparır. İfa etdiyi mahnı da "Russian Women" (Rus qadını) rus qadınlarının həyatından bəhs edir.

Qeyd edək ki, Rusiya favorilər arasındadır.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə