“Avroviziya-2021” müsabiqəsinin finalı başladı - CANLI

Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin final yarışması başlayıb. SİA-nın məlumatına görə, final mərhələsində Azərbaycan, İsrail, İsveç, Rusiya, Norveç, Malta, Serbiya, Litva, Kipr, Ukrayna, Belçika, Bolqarıstan, Albaniya, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Finlandiya və Yunanıstan təmsilçiləri çıxış edir.

“Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki müsabiqədə Azərbaycanı təmsil edən Samirə Əfəndi birinci yarımfinalda “Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Səsvermənin nəticələrinə əsasən Samirə Əfəndi finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi 21-ci sırada çıxış edəcək.

Bu, sayca 65-ci müsabiqədir. Müsabiqədə 39 ölkə iştirak edib. “Avroviziya” mahnı müsabiqəsi 2020-ci ildə koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə