"Mata Hari"nin sözləri dünyanı şoka saldı

"Mata Hari"nin sözləri dünyanı şoka saldı

Niderlandın Notterdam şəhərində "Ahoy Arenada" da "Avroviziya" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Samirə Əfəndi “Mata Hari” adlı mahnı ilə finala vəsiqə qazanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən son zamanlar sosial şəbəkədə mahnının ölkənin nə tarixi, nə də mədəniyyəti ilə uyğun olmadığı müzakirə edilib.

Mata Hari kimdir? Mövzu ilə əlaqəli araşdırma aparmışıq. Tam adı Marqareta Qertruda Zelle olan və 1876-cı ildə avqustun 7-də Hindistanda dünyaya gələn Mata Hari rəqqasədir. “Mata Hari” adı malay dilində "şəfəq gözü", "şəfəq alması" mənalarını verir.

“Mata Hari” tarixdə güclü cəsus olub və mahnı da güclü qadınlardan bəhs edir. Mahnının sözləri isə "Mən gizli cəsusam. Sirrlərini öyrənəcəm" və hətta mahnı içində azəricə "yanan da mən", "yaman da mən" deyilir.

Xatırladaq ki, yarışmanın final bölümü bir neçə dəqiqədən sonra baş tutacaq. Ölkəmizi təmsil edən Samirə Əfəndiyə uğurlar arzulayırıq.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə