Avroviziya sevgisi “EfenTix” HƏR KƏS ONDAN DANIŞIR

Avroviziya sevgisi “EfenTix” HƏR KƏS ONDAN DANIŞIR

"Avroviziya 2021" müxtəlif səbəblərlə əvvəlki illərdən çox fərqli davam edir. Səbəblərdən biri hər kəsin bildiyi kimi pandemiya və bəzi təmsilçilərin test nəticələrinin pozitiv çıxması səbəbindən canlı yarışlara qoşula bilməməsi, və s. Digər səbəb isə və bizim üçün ən maraqlısı Norveç təmsilçisinin Samirə Əfəndiyə olan heyranlığıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Avroviziya 2021" Beynəlxalq Musiqi festivalında Norveçi təmsil edən Tix adlı ifaçı Samirə Əfəndiyə aşiq olub. Onun üçün mahnılar ifa edən, onun olduğu yerlərə məktublar hədiyyələr göndərən Tix heyranlığını və sevgisini təkcə Samirəyə yox bütün dünyaya bildirib. Bu sevgi xəbərini çox pozitiv qarşılayan Samirə və Tix sevənlər cütlüyə artıq ad da qoyublar. Bununla əlaqəli videolar sosial şəbəkərlə artıq "Eurovision Love-Efentix" adı ilə də izlənmə rekordu qırıb.

Xatırladaq ki, Tix öz ölkəsində "Melodi Grand Prix 2021" yarışmasını qazanaraq Avroviziyada Norveçi təmsil etmək hüququ qazanmışdı. O, Norveçi "Fallen Angel" mahnısı ilə təmsil edəcək.

Qeyd edək ki, final yarışına çox az vaxt qalıb. Bir neçə saatdan sonra "Avrozoziya 2021" Beynəlxalq mahnı müsabiqəsinin Final oyunu baş tutacaq. Samirə Əfəndi ölkəmizi "Mata Hari" musiqisi ilə təmsil edəcək. Sevilən müğənnimizə SİA əməkdaşları adından uğurlar arzulayırıq.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə