“Rusiyada göyərti qiymətinə toya gedirlər” - SEVİL VƏ SEVİNC BACILARI

Əməkdar artist Könül Kərimova sənət adamlarının Rusiyada toylara ucuz qiymətə getməsi məsələsinə münasibət bildirib. SİA-nın verdiyi məlumata görə, müğənni "Günün sədası" proqramında ifaçıların Rusiyada yarım saatlıq, bir saatlıq toylara getdiyini və qonorar tələb etdiklərini deyib.

Könül Kərimova bildirib ki, onlar bir ifaçını çağırıb, axıra qədər ona qulaq asmırlar: "Biz toya oxumağa yarım və 1saata gedirik. Burada neçəyə gediriksə qiymət eynidir və hərdən artıq da olur. Çox yanlış fikir formalaşıb. Müğənnilər oradakı toylarda yaxşı şabaş da yığır. Müğənniyə hörmət xətrinə çoxlu şabaş verirlər".

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova Rusiyaya toya gedən sənət adamlarının ucuz qiymətə getdiyini söyləmişdi. Yaxın vaxtlarda Sevil və Sevinc bacıları isə "Göyərti qiymətinə toya gedirlər" sözləri ilə gündəmə gəlmişdilər.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə