35 yaşlı Lady Qaqa 19 yaşında yaşadığı təcavüzdən danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müğənni musiqi prodüserləri tərəfindən zorlanıb.
Həmin hadisədən sonra Lady Qaqa hamilə qaldığını söyləyib. Bu haqda ifaçı sənədli filmlərin birində danışıb: "19 yaşında idim, qrupda çalışırdım. Prodüser bunu mənə təklif edəndə etiraz etdim. O isə, bütün səsyazmaları siləcəyini dedi. Dayanmadı, üstümə hücum etdi, sonra yaşananları xatırlamıram. Ondan sonra depressiyaya düşdüm. Əsəb müalicəsi aldım".
Xatırladaq ki, həmin prodüserlə üz-üzə gəlməmək üçün onun adını açıqlamır.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB