Türkiyəli məşhur müğənni və aktrisa Sibel Can türk magazin dünyasında danışılmağa davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, bu dəfədə geyindiyi qara tulumu və fotoşoplu şəkilləri ilə söz-söhbətə səbəb olub. Belə ki, Emir Sarıgül, Sibel Can və Buket Aydın sevgi üçbucağı hələ də maqazin dünyasını çalxalamağa davam edərkən bu dəfə də Sibel Can şou-proqramında geyindiyi qara tulumla şəkillər paylaşıb və tənqidlərə məruz qalıb.
Daha əvvəl bir neçə dəfə fotoşoplu şəkillərinə görə, fanları tərəfindən tənqid edilən müğənni yenə də diqqətli sevənlərini aldada bilməyib.
Xatırladaq ki, aparıcı Buket Aydınla münasibətlərinə son qoyan Emir Sarıgül ilə onun yaxtasında görüntülənən müğənni keçən həftə Türkiyə magazin dünyasında ən çox danışılan ad olub.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB