İslandiyanı "Avroviziya" mahnı yarışmasında təmsil edən "Dua i of Gagnamagni" qrupunun üzvlərindən birinin koronavirus testi müsbət çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hələ mayın 16-da nümayəndə heyəti üzvlərindən birində COVİD-19 aşkar olunub. Amma bugün isə başqa bir qrup üzvünün yoluxduğu ortaya çıxıb. Onların yarımfinalda canlı çıxışı ləğv olunub. Canlı ifa əvəzinə, səhnədə qrupun məşq videosu nümayiş olunacaq.
Xatırladaq ki, dünən baş tutmuş yarımfinalda Azərbaycan təmsilçisi Samira Əfəndi müsabiqənin həlledici mərhələsinə vəsiqə qazanıb. "Avroviziya"nın final konserti mayın 22-də keçiriləcək.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB