İran bu gün 47 yaşlı rejissor Babək Horramdinin ölümü ilə sarsıldı. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Horramdi paytaxt Tehranda öz evində ata-anası tərəfindən öldürülüb. Onun bədəni üç hissəyə bölünüb. Daha sonra isə Ekbatan bölgəsinə zibil qabına atılıb. Hadisədən sonra atası cinayəti yoldaşı ilə birlikdə törətdiyini etiraf edib: "Yeməyinə yuxu dərmanı əlavə etdik. Təsirsiz hala düşəndən sonra onu parçalara böldük və çantaya qoyduq. Sonra isə ən yaxın zibilliyə atdıq"
Qeyd edək ki, səbəb olaraq ata oğlunun dərs dediyi tələbələrlə uyğunsuz hərəkətlər etdiyini və gənc yaşlarından daima onları narahat etdiyi deyib. Onu ayrı evə çıxmağa razı salmağa çalışdıqlarını, amma onun isə buna razı olmadığını da əlavə edib.
Xatırladaq ki, ata Abdullah Horramdin qızını və kürəkənini də eyni qaydada öldürdüyünü etiraf edib.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB