ARB TV-də mərhum sənətçi xalq artisti İlhamə Quliyevanın mirası haqqında söhbət açılıb. SİA xəbər verir ki, müğənninin qızı Samirə studyaya gələrək bu barədə açıqlama verib: "İlhamə xanım rəhmətə gedən gün hamı onun evinə yığışdı. Ögey bacıları da orda idi. Gördüm ki, evde atmosfer ağırdır. Hər kəs sual dolu baxışlarla bir-birinə baxırdı. Evə mən, qızım və Orxandan başqa girən olmayıb. İlhamə xanımın vəsiyyəti var. O, həmişə deyirdi ki, mənim var-dövlətim uşaq evlərinə, kasıblara, əsgərlərə qalsın. Mən orda olan doğmalara bu vəziyyəti dedim amma mənim sözüm yaxşı qarşılanmadı. Hətta Firuzə İbadovaya 7 minə yaxın pul borcu var idi. O da qaytarılmadı. İlhamə xanımın mirası ögey bacılarına qaldı. Mənə isə onun sadəcə olaraq, diplomatik pasportu qaldı. İlhamə xanım gözəl insan idi və ürəyi çox gözəl idi".
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)
.jpg)

        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB