"Arazbarı" İctimai xeyriyyə təşkilatı eyniadlı xalq-instrumental təşkilatını yaradıb. Təşkilatın rəhbəri Vüqar Bəkirovun SİA-ya verdiyi məlumata görə, qrupun tərkibinə 15 musiqiçi daxildir.
Ansamblın musiqi rəhbəri Esmira Cəfərzadədir.
Vüqar Bəkirov deyib ki, ansamblı repertuarına xalq kompozisiyaları, muğamlar daxildir: "Qrupun tərkibində olduqca istedadlı musiqiçilər fəaliyyət göstərir. Onların arasında Alim Qasımovun tələbəsi də çalışır. Biz konsert proqramı ilə çıxış etməyi planlaşdırmışıq. Lakin bizə mənəvi dəstəkdən başqa, maddi dəstək də çox lazımdır. Qrupun inkişafı üçün dəstəyə çox ehtiyacımız var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB