Samirə Əfəndi bu gün səhnəyə çıxacaq

Bu gün Niderlandın Rotterdam şəhərində "Avroviziya 2021" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Azərbaycanı müsabiqədə təmsil edən Samirə Əfəndi bu gün səhnəyə çıxacaq. O, 14-cü sırada "Marş Hari" mahnısı ilə çıxış edəcək.

İlk yarımfinalda səhnəyə çıxacaq olan ölkələr arasında Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta var.

Qeyd edək ki, müsabiqə saat 23:00-da İctimai Televiziyada canlı yayımlanacaq.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə