Türkiyəli məşhur aktyor Cem Yılmaz 2006-cı ildə yayımlanan "Hokkabaz" filminin davamının çəkiləcəyini açıqlayıb. SİA-nın verdiyi məlumata əsasən bu barədə "Twitter" hesabında paylaşım edən aktyor izləyicilərinə müjdə verib: "15 il əvvəl hazırladığımız bu film üçün çox gözəl mesajlar aldım. Hamıya təşəkkür edirəm. Bu mənim hekayəmdir. 2022-ci ildə daha bir İsgəndər hekayəsi yaradacam".

Qeyd edək ki, Cem Yılmazın İsgəndər obrazını canlandırdığı "Hokkabaz" filmində Mazhar Alonson, Özləm Tekin, Tuna Orhan, Tuncer Salman kimi məşhurlar yer alıb.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə