Amerikada "Avroviziya" təşkil olunur

Amerikada "American Song Contest" (Amerika mahnı müsabiqəsi) adlı yarışma təşkil olunub. Bu barədə yarışmanın təşkilat komitəsi məlumat verib. SİA-nın verdiyi məlumata görə, ilk belə tədbir 2022-ci ildə keçiriləcək. Yarışmaya 50 ştat, Kolumbiya dairəsi və 5 federal ərazidən nümayəndələr qatılacaq. İştirakçılar orijinal mahnı ifa etməklə tamaşaçıların səslərini qazanmağa çalışacaqlar.

Xatırladaq ki, müsabiqə "Avroviziya" prodüserləri ilə "Propaqate" və "Universal Television Alternative Studio" şirkətlərinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gətiriləcək.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə