Məşhur futbolçu ulduz Devid Bekhem əfsanəvi "Dostlar" serialının xüsusi buraxılışında iştirak edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ingiltərəli oyunçu layihəyə qonaq ulduz qismində qatılacaq.

Bekhemlə yanaşı, serialın xüsusi buraxılışının qonaqları arasında aktrisalar Riz Uizerspunla Kara Delevin, müğənnilər Ledi Qaqa və Castin Timberleyk kimi bir sıra digər məşhurlar da olacaq.

Qeyd edək ki, "Dostlar" serialı 1994-2004-cü illərdə efirə çıxıb və televiziya tarixində ən populyar seriallardan biri olub.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə