"Avroviziya"ya 3 gün qalmış koronavirusa yoluxub

Bildiyimiz kimi "Avroviziya" mahnı müsabiqəsinin başlanmasına çox az müddət qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müsabiqədə iştirak edən Polşa nümayəndə heyətinin üzvündə ötən gün "COVİD-19" aşkarlanıb. O, səhiyyə və təhlükəsizlik əməkdaşının təkidi ilə karantinə götürülüb. Tədbir məqsədi ilə ölkə təmsilçisi daxil olmaqla heyətin digər üzvləri də testdən keçəcək və karantinə alınacaq. Həmçinin Polşa nümayəndə heyəti rəsmi açılış mərasimində də yer almayacaq.

Bu il Polşanı Rafal "The Ride" mahnısı ilə təmsil edir.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna adına yarışan "Go_A" qrupunun solisti Katerina Pavlenkonun da səhhəti pisləşmiş, onu məşqlərdə Emmie Van Stijn əvəz edib. Daha sonra isə sənətçinin test nəticələrinin neqativ olduğu açıqlanıb.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə