Nazpəri xanım vəfat edən oğlu barədə danışdı

Xalq artisti Nazpəri Dostəliyeva bir müddət əvvəl dünyasını dəyişən oğlu Əli barədə danışıb. SİA-nın verdiyi məlumata əsasən ifaçı bu barədə sosial şəbəkədə yazıb. O, "Sənə sığındıq, sənə inandıq ya Rəbbim. Xeyirlərinə şükür etdik, şərdə sənə sığındıq, ən böyük yaradan. Kədərimə boyun əydim, səndən gələni qəbul etdim. Oğul itirən anaları bu dərd quyusundan çıxart, ya Rəbbim. Bizə səbr ver. Ramazan bayramınızı təbrik edirəm, əziz xalqımız. Mənə dəstək olan, üzülən əzizlərim, Allah sizi mənə çox görməsin" deyib.

Xatırladaq ki, sevilən müğənninin oğlu Əli ürək çatışmazlığından vəfat edib.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə