Bildiyimiz kimi son günlərin gündəmdə olan mövzulardan biri də sevilən mügənni Damlanın efirə tək çıxmaq istəyidir.

SİA-nın verdiyi məlumata görə, onun bu istəklərinə sənət dostları öz fikirlərini müxtəlif şəkildə bildiriblər.

Müğənni Şəbnəm Tovuzlu "Birə-bir" proqramında Damlanın efirə tək çıxma tələblərini tənqid edib:"Qoy Aygün Kazımova efirə tək çıxsın. Onlar bizdən böyüklərdir. Onun sənəti, özü haqda danışacaq o qədər mövzusu var ki, səhərdən axşama kimi aparıcı ona sual verməkdən bezməz. Bu Damlanın şəxsi işidir, mən qarışmıram. Məncə mənim üçün də, Damla üçün də tezdir. Bəlkə 4-5 ildən sonra olar" - deyə, əlavə edib.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə