Rejissor Alfred Hiçkokun "Diversant" filmində əsas cani rolunu oynamış amerika rejissoru, prodüser və aktyor Norman Lloyd 106 yaşında vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "Varietiy" nəşri məlumat verib. Nəşrin məlumatına görə, Lloyd Los- Ancelesdəki evində ölüb.
Aktyor 1942-ci ildə Hiçkokun filmində Frayya rolunu oynayaraq şöhrət qazanıb, ona həmçinin Çarli Çaplinin "Rampanın işıqları" bədii filmində də rol verilib. Amma əsas şöhrəti o, 60 yaşından sonra qazanıb. Norman Lloyd 1980-ci illlərdə NBC telekanalında "Sent- Leaver" tibb dramında müdrik həkim rolunu oynayıb. Onun karyerası 80 ildən çox davam edib.
Xatırladaq ki, Norman Lloyd dünyanın ən qoca aktyoru hesab olunurdu.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB