6 dildə mahnı oxuyan Azərbaycanlı gənc müsabiqənin qalibi olub FOTO

6 dildə mahnı oxuyan Azərbaycanlı gənc müsabiqənin qalibi olub FOTO

Ukraynada azərbaycanlı yeniyetmə məşhur "Star Holiday Fest" ümumrespublika musiqi yarışmasının seçimlərinə dəvət alıb. SİA-nın verdiyi məlumata əsasən Ukraynada yaşayan Emir Nahid oğlu Zeynalov artıq seçimlərə rəsmi olaraq qatılıb. Bu müsabiqə ölkədə ikinci dəfə keçirilir və hər il müsabiqəyə dünyanın müxtəlif tanınmışları münsif heyəti kimi dəvət olunur.

Xatırladaq ki, Emir 2007- ci ildə Ukraynada doğulub. Bu yaşa qədər 45 dəfə Ukraynada keçirilən musiqi festivallarında və beynəlxalq müsabiqələrdə iştirak edib və qalib olub. O, 6 dildə - Azərbaycan, Türkiyə, Ukrayna, ingilis, rus, və yunan dillərində mahnılar ifa edir.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə