Azərbaycanlı rəssam Türkiyədə vəfat edib

Azərbaycanlı rəssam Türkiyədə vəfat edib

Tanınmış azərbaycanlı rəssam Eldar Zeynalov Türkiyədə koronavirusdan vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən o, 60 yaşında müalicə aldığı Nazilli Dövlət Xəstəxanasında həyatını itirib.

Qeyd edək ki, Eldar Zeynalov 1961- çi ildə Naxçıvan şəhərində doğulub. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib. Rəssam uzun illər İtaliyada yaşayıb. Onun əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə sərgilənib.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə