"Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadənin qardaş ölkə Türkiyəyə səfəri gözlənilir. Ayselin yaxın ətrafından SİA-ya verilən məlumata görə, müğənni bu xəbəri yerli mətbuatdan gizlədir.
SİA Aysellə əlaqə saxlayıb, məlumatı dəqiqləşdirmək istəsə də müğənni telefonlarımıza cavab vermədi.
Digər mənbələrin bildiyi məlumata əsasən səfərin hansı məqsəd daşıdığı nədənsə bəlli deyil və ümumiyyətlə, açıqlanmır.Xatırladım ki, bir ay əvvəl Ayselin iki il öncə çiyin-çiyinə çalışdığı dünya şöhrətli müğənni Araşın toy mərasimi olmuşdu. Ancaq nə Aysel həmin məclisdə könüllü də olsa iştirak etmiş, nə də bəy tərəfindən dəvət almışdı. Azərbaycandan yalnız Xəyyam Nissanov həmin mərasimdə olmuşdu. Bu barədə də Türkiyə mətbuatında xeyli məqalələr yazılmış, Aysellə Araş arasından qara pişik keçdiyi vurğulanmışdı. Bir sözlə, mövzu uzun müddət gündəmdə qaldığından türklərin \"merakına\" səbəb olmuşdu. Yəqin ki, bu dəfəki səfərində A.Teymurzadə onlara həm gəlişinin səbəbini, həm də Araşın toyunda iştirak etməməsini açıqlayar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB