Günay İbrahimli yeni layihə üzərində çalşır-FOTO

Günay İbrahimli yeni layihə üzərində çalşır-FOTO

Bir müddət öncə məhşur reper Elşad Xose ilə "Yadina sal" mahnısına duet oxuyan və İspan müğənnisi Bebenin "Me Quero" mahnısını Azərbaycan dilində ifa etmiş gənc müğənni Günay İbrahimli növbəti yeniliyə imza atır. Günayın mətbuat katibi Faiq Fərəczadənin SİA-ya bildirdiyinə görə, Günay hal-hazırda sözləri tanınmış şairə Leyliyə, musiqisi Pərviz Mahmudova məxsus olan "İzlər" mahnısını artıq hazır edib.

Yeni ifa bir neçə gün öncə radio dalğalarda və musiqi saytlarında böyük dinləyici kütləsi əldə edib. Mahnının belə sevilib, dinləndiyini nəzərə alaraq gənc müğənni tezliklə mahnıya klip çəkdirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə