Şah Ruk Xan heyranlarına YENİ XƏBƏRİMİZ VAR

55 yaşlı aktyor, rejissor, televiziya aparıcısı, iş adamı, xeyriyyəçi Şah Ruk Xan bir neçə gün əvvəl sosial şəbəkədə ailəsi ilə fotosunu paylaşıb. SİA-nın verdiyi məlumata əsasən bu hadisə onun heyranları tərəfindən böyük maraqla qarşılanıb.

Aktyor öz ölkəsində - Bollywood kino aləmində və eləcə də Hollywoodda çox sevilir. Ölkəsində aktyor "King of Bollywood ", "King of Romance" və "King Khan" kimi də tanınır. Bir çox kino mükafatlara və eləcə də UNESCO tərəfindən dünya uşaqlarının təhsilinə dəstəyə görə mükafatlara layiq görülüb.

Qeyd edək ki, məşhur aktyor Los-Angeles Times tərəfindən "Dünyanın ən böyük film starı" adına layiq görülüb.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə