Ağadadaş Ağayevə nə olub? SON DƏQİQƏ

Sevilən sənətçimiz Ağadadaş Ağayevin yaxın bir neçə saat ərzində əməliyyatı gözlənilir. SİA-nın verdiyi məlumata görə, müğənni bu haqda öz "Instagram" səhifəsində bildirərək sevənlərinə "dualarınız üçün təşəkkür edirəm. Allaha əmanət olun" deyib.

Qeyd edək ki, sənətçi uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir və o, Türkiyədə İstanbul şəhərində bu xəstəlikdən ikinci dəfə əməliyyat olunur.

Azərbaycan Respublikasının xalq artisti, bir çox sevilən ifaların müəllifi Ağadadaş Ağayevə şəfa diləyirik. Tezliklə Bakıda görüşmək diləyi ilə.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə